Azərbaycanlı futbolçu Albaniya Superkubokunu qazandı
İdman
27.12.2024 09:36
Azərbaycanlı futbolçu Albaniya Superkuboku titulunu qazanıb.
TodayPress xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” klubu finalda "Kukeşi"yə qalib gəlib.
2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokuna sahib çıxan “Eqnatiya” klubu Superkubokda da qələbə qazanıb.
Zamiqin komandası Albaniya kubokunun finalında olduğu kimi, bu dəfə də "Kukeşi"ni (2:0) məğlub edib.
Azərbaycanlı futbolçunun adı iştirak ərizəsinə daxil edilsə də, o, Superkubokun finalında meydana çıxmaq şansı qazanmayıb.
Namiq HUN
tag: Albaniya, final, Superkubok ,Final, todaypress.az,