Azərbaycanlı forvard Albaniya klubu ilə anlaşdı
Hücumçu Amil Yunanov karyerasını Albaniya çempionatında davam etdirəcək.
TodayPress xəbər verir ki, 31 yaşlı futbolçu Albaniya Superliqasının "Bilis" klubu ilə anlaşıb.
Amil mövsümün sonuna kimi bu klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, Amil Yunanov son mövsümün ilk yarısında "Səbail" klubunda oynayıb. Forvard qış fasiləsindən sonra icarə əsasında "Kəpəz" klubuna keçib.
Namiq HUN
tag: Hücumçu, Amil Yunanov ,Albaniya, Superliqa, Forvard ,todaypress.az,