Azərbaycanlı döyüşçü “UAE Warriors 55” turnirini qazandı
İdman
26.10.2024 09:41
MMA döyüşçüsü Əlisgəndər Əliyev “UAE Warriors 55” turnirində oktaqona şıxıb.
TodayPress xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən turnirdə Əlisgəndər rusiyalı Məmmədrəsul Xaxulmaqomedovla qarşılaşıb.
Əliyev ilk mərhələnin əvvəlində rəqibinə nokautla qalib gəlib.
Qeyd edək ki, bu döyüşçümüzün “UAE Warrios” turnirində ikinci qələbəsidir. O, daha əvvəl Həbib Nurmaqomedov komandasının üzvü Rüstəm Serbiyevi məğlub edib.
Namiq HUN
tag: Əlisgəndər Əliyev,UAE Warriors 55,Həbib Nurmaqomedov ,Rüstəm Serbiyev,todaypress.az,