Azərbaycanlı cüdoçu Moldovaya bürünc medal qazandırdı

İdman

30.07.2024 09:15

893

Moldovanı təmsil edən azərbaycanlı cüdoçu Adil Osmanov Paris Olimpiadasının mükafatçıları sırasına adını yazdırıb.

TodayPress xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə italiyalı Manuel Lombardo ilə qarşılaşıb.

Rəqibini məğlub edən Adil Osmanov Paris Olimpiadasının bürünc medalını qazanıb. 

Namiq HUN

tag: Azərbaycan, Cüdo, Moldova, Adil Osmanov, Paris 2024,todaypress.az,