Azərbaycanlı badmintonçuların Uqanda uğuru
Gənc badmintonçularımız "Junior Future" seriyalı beynəlxalq turnirdə 2 gümüş və 4 bürünc medal qazanıblar.
TodayPress xəbər verir ki, 19 yaşadək badmintonçuların Kampala şəhərində keçirilən turnirdə Ülvi Hüseynov oğlanların şəxsi yarışında bürünc medal qazanıb.
Qızların şəxsi kateqoriyasında isə finala kimi irəliləyən Həcər Nuriyeva turnirin gümüş medalına layiq görülüb.
Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb.
Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov - Həcər Nuriyeva və Ülvi Hüseynov - Leyla Camalzadə tandemi "Uganda Junior International 2025" turnirində üçüncü olub.
Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib.
Qızların qoşa yarışında isə Leyla Camalzadə - Həcər Nuriyeva dueti gümüş medala sahib çıxıb.
Daha bir badmintonçumuz Diki Pangestu isə "Uganda International Challenge 2025" turnirində şəxsi kateqoriyada gümüş medal qazanıb.
Namiq HUN
tag: Badminton,Junior Future,Medal,Ülvi Hüseynov,Uganda ,todaypress.az,