Azərbaycanlı azarkeşlər “Tottenhem Hotspur”də 500 yer aldılar

İdman

24.09.2024 14:02

İngiltərədə "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu üçün azərbaycanlı azarkeşlər indiyədək 500-dən çox bilet alıblar.

TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Matça qədər sayın daha da artacağı gözlənilir.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da keçiriləcək.

Namiq HUN

tag: İngiltərə ,Tottenhem, Qarabağ ,UEFA, Avropa ,todaypress.az,