Azərbaycanlı atlet karyerasını bitirdi

İdman

12.11.2024 14:10

Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev karyerasını başa vurub.

TodayPress xəbər verir ki, 34 yaşlı atlet ehtiyac duyulacağı halda yenidən start xəttinə çıxa biləcəyini istisna etməyib.

"Peşəkar karyeramı bitirmişəm. Ola bilsin ki, lazım gələrsə, estafet komandasında çıxış edim. İdmanla hazırda yalnız zövqə görə məşğul oluram".

Qeyd edək ki, dünya və Avropa çempionu zədəli olduğundan yalnız Paris Olimpiadası ərəfəsində yarışlara qatılıb. 

Namiq HUN

tag: Türkiyə, Ramil Quliyev, Avropa, Çempion, Paris, todaypress.az,