Azərbaycanlı alpinistdən növbəti fəth
İdman
31.07.2024 11:06
Dünya şöhrətli alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum II zirvəsini (8035 metr) fəth edib.
TodayPress xəbər verir ki, dünyanın 13-cü hündür zirvəsi olan Qaşerburum II Karakorum dağ massivində yerləşir.
Bu fəth Aşurlının səkkizinci səkkizminlik zirvəsidir. İdmançı Dağa qalxan zaman süni oksigen balonundan istifadə etməyib.
Qeyd edək ki, İsrafil Aşurlı daha əvvəl, iyulun 10-da Nanqa Parbat zirvəsinə də süni oksigendən istifadə etmədən qalxıb.
Namiq HUN
tag: Azərbaycan, Qaşerburum, İsrafil Aşurlu, Nanqa Parbat,Alpinist, todaypress.az,