Azərbaycanlı alpinist yeddinci fəthini etdi
İdman
15.07.2024 15:27
Dünya şöhrətli azərbaycanlı alpinist İsrafil Aşurlı Nanqa Parbatı (8125 m) zirvəsini fəth edib.
TodayPress xəbər verir ki, o, dünyanın doqquzuncu zirvəsinə əlavə oksigendən istifadə etmədən qalxıb.
Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.
Qeyd edək ki, ümumilikdə dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var. Nanqa Parbatı fəthi Aşurlının yeddinci 8 minlik zirvəsidir.
Namiq HUN
tag: Azərbaycanlı Alpinist, Zirvə, Pakistan, Nanqa Parbat, Himalay, todaypress.az,