Azərbaycanlı ağırlıqqaldıran qızıl medal qazandı
İdman
31.10.2024 09:43
Ravin Alməmmədov (81 kq) Polşanın Raşin şəhərində keçirilən gənclər arasında Avropa çempionatında adından söz etdirib.
TodayPress xəbər verir ki, o, birdən qaldırmada 151 kiloqramı ram edərək bu hərəkətdə yarışın qızıl medalını qazanıb.
Təkanla qaldırmada 187 kiloqramı başı üzərinə qaldıran atlet gümüş mükafata sahib çıxıb.
Ravin Alməmmədov toplam 338 kiloqram nəticə ilə yekun sıralamada da ikinci yeri tutub.
Qeyd edək ki, Avropa çempionatında daha əvvəl Qasım İsmayılov (67 kq) bürünc medala sahib çıxıb.
Namiq HUN
tag: Azərbaycan, Qızıl Medal, Polşa, Avropa, Ravin Alməmmədov, todaypress.az,