Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəldi
Azərbaycanın yunan-Roma güləşçisi Ziya
Babaşov (63 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa
çempionatında finala yüksəlib.
TodayPress xəbər verir ki, təmsilçimiz startda isveçli
Aleksander Vafaini mübarizədən kənarlaşdırıb – 3:1. Həmyerlimiz 1/4 finalda
yunanıstanlı Marios Kapantaisə (10:2), yarımfinalda isə bolqarıstanlı Miroslav
Emilova (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Ziya
həlledici görüşdə moldovalı Vitali Yeriomenkoyla qarşılaşacaq.
Elmir Əliyev (55 kq) moldovalı Maksim Sarmanovla (9:1)
albaniyalı Andi Mukanı (11:2) vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib.
Finalın bir addımlığında rusiyalı Alibek Amirovla gərgin mübarizə şəraitində
keçən görüşün sonlarında təşəbbüsü əldən verən Elmir sonuncu xal prinsipinə
əsasən (2:2) məğlubiyyətlə barışıb. Əliyev bürünc medal uğrunda Filip
Bartoşik (Çexiya) – Vasileios Papageorgiu (Yunanıstan) qarşılaşmasının
qalibiylə güləşəcək.
Xasay Həsənli (77 kq) yunanıstanlı Andreas Vasilakopula
tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda almaniyalı Aaron Bellşeidtə
3:7 hesabıyla məğub olub. Rəqib finala yüksəldiyi üçün Xasay sabah
təsəlliverici görüşdə bolqarıstanlı Albert Doyevlə güləşəcək.
tag: Elmir Əliyev, Güləş, Final, Yunanıstan,Azərbaycan, U-23, todaypress.az,