Azərbaycanın Yunan-Roma güləşçiləri Türkiyədə iki medal qazandı

İdman

07.05.2025 23:40

16

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turniri davam edir.

TodayPress xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.

İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.

Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.

tag: Türkiyə, Antalya, Güləş, Çempionlar, Bürünc, todaypress.az,