Azərbaycanın yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medalla başa vurdular
İdman
30.10.2024 23:06
Azərbaycanın yunan-Roma güləşçiləri
Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadanı 10 medalla başa vurublar.
TodayPress xəbər verir ki, yarışa böyük məşqçi
Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında yollanan
komandamızın 13 üzvündən 10-u fəxri kürsüyə qalxıb.
Mikayıl İsmayılov (110 kq) bütün rəqiblərinə qalib
gələrək çempion olub. Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Nihat
Bəhmənov (51 kq), Əmrah Əmrahov (55 kq), Akif Nəcəfli (65 kq) və Yusif Əhmədli
(71 kq) gümüş medal qazanıb. Turan Daşdəmirov (55 kq), Nihat Tağıyev (60 kq) və
Emil Abasov (80 kq) isə bürünc medal əldə edib.
Millimiz 185 xalla komanda hesabında ikinci yeri tutub.
Qeyd edək ki, Gimnaziadada daha öncə sərbəst güləşçilər
11 (1 qızıl, 2 gümüş, 8 bürünc), qızlar isə 3 (1 qızıl, 1 gümüş, 1 bürünc)
medal qazanıb.
tag: Milli, Gimnaziaada, Güləşçi, Sərbəst,Yunan-Roma, Manama,