Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişdi

İdman

14.08.2024 10:42

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.

TodayPress xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib. 

“Qarabağ”ın “Ludoqorets” üzərində qələbəsi ölkəmizə 0,250 xal gətirib. Hazırda xal hesabımız 18,750-dir.

Amma bu qazanca baxmayaraq, Azərbaycan bir pillə geriləyib. Buna İsveçin sıçrayışı səbəb olub. Ölkəmiz hazırda Avropada 25-cidir.

Bu mövsümün qazancı 2,000-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 0,875, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Namiq HUN

tag: UEFA, Çempionlar, Avropa, Ludoqorets, Qarabağ, todaypress.az,