Azərbaycanın üç yunan-Roma güləşçisi finala vəsiqə qazandı
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
TodayPress-in məlumatına görə, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (72 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal uğrunda görüşdə iştirak edəcəklər.
Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finalda uduzublar.
Bu çəkilərdə mükafat uğrunda qarşılaşmalar sabah baş tutacaq.
Bu gün dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) finalda mübarizə aparacaq, Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc mükafat qazanmağa çalışacaq.
tag: Azərbaycan, Yunan-Roma, Slovakiya, AVropa, Çempionat, Eldəniz Əzizli, todaypress.az,