Azərbaycanın üç sərbəst güləşçisi yarımfinalda
Bu gün Slovakiyada keçirilən Avropa çempionatına qatılan Azərbaycanın sərbəst güləşçilərimizdən daha 3-ü yarımfinala yüksəlib.
TodayPress xəbər verir ki, Ağanəzər Novruzov (74 kq) Bratislava turnirinin 1/4 final mərhələsində gürcüstanlı Avropa çempionu Giorgi Elbakidzeyə (5:3), Osman Nurmaqomedov (92 kq) belaruslu Yaraslav Yadkovskiyə (10:0), Giorgi Meşvildişvili (125 kq) isə bolqarıstanlı Vladislav Baytsayevə (5:0) qalib gəlib.
Digər sərbəst güləşçilərimizdən Nürəddin Novruzov (91 kq) 1/4, Arseni Cioyev (86 kq) isə 1/8 finalda uduzaraq mübarizəni dayandırıblar.
Ötən gün xalça üzərinə çıxan sərbəst güləşçilərimizin isə bürünc medal uğrunda qarşılaşacağı rəqiblər dəqiqləşib.
İslam Bazarqanov (57 kq) bolqarıstanlı İvaylo Tisovu, Əli Rəhimzadə (65 kq) ukraynalı Andrey Sviridi, Kənan Heybətov (70 kq) isə macarıstanlı İsmayıl Musukayevi sınağa çəkəcək.
Namiq HUN
tag: Azərbaycan,Güləş,MEdal,Turnir,Todaypress.az,