Azərbaycanın üç cüdoçusu bürünc medal qazana bilər
Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
TodayPress xəbər verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Azərbaycanın üç cüdoçusu mükafat qazanmaq şansını davam etdirir.
Əhməd Yusifov və Balabəy Ağayev (hər ikisi 60 kq) bürünc medal uğrunda yarışda ukraynalı Dilşot Xalmatovla belçikalı Jorre Verstraetenlə mübarizə aparacaqlar.
Elşən Əsədovun (66 kq) isə üçüncülük uğrunda rəqibi özbəkistanlı Azizbek Ortıkov olacaq.
Milimizin ilk yarış günü tamamiyə çıxan digər 9 üzvü əvvəlki raundlarda məğlub olub.
Qeyd edək ki, Azərbaycan “Böyük Dəbilqə”yə 32 idmançı ilə qatılıb.
Namiq HUN
tag: Azərbaycan,İdman,Cüdo,Böyük Dəbilqə,Bakı,todaypress.az,