Azərbaycanın tanınmış bədii gimnastı karyerasını başa vurdu
İdman
14.12.2024 17:58
Azərbaycanın tanınmış bədii gimnastı Zöhrə Ağamirova karyerasını bitirib.
TodayPress xəbər verir ki, o, bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turnirində idmanla vidalaşdığını elan edib.
23 yaşlı idmançı son dəfə xalça üzərinə çıxaraq ayrı-ayrı alətlərdə bacarığını nümayiş etdirib.
Gimnastika Federasiyasının rəhbərliyi Zöhrə Ağamirovaya göstərdiyi xidmətlərə, mübarizə əzmi və çalışqanlığı ilə hər zaman gənc gimnastlara nümunə və ilham mənbəyi olduğuna görə təşəkkür edib.
Qeyd edək ki, Zöhrə Ağamirova IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının bürünc, XXX Yay Universiadasının ikiqat gümüş mükafatçısı, eyni zamanda Tokio və Paris Yay Olimpiya Oyunlarının iştirakçısı olub.
Namiq HUN
tag: Avropa,Çempion,Zöhrə Ağamirova,Gimnast,Todaypress.az,