Azərbaycanın qadınlardan ibarət millisi üçüncü qələbəsini qazandı
İdman
14.09.2024 22:12
Azərbaycanın qadınlardan ibarət millisi
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat
Olimpiadasında növbəti qələbəsini qazanıb.
TodayPress xəbər verir ki, Sloveniya ilə
qarşılaşan təmsilçilərimiz üçüncü dəfə üstünlük əldə ediblər.
Günay Məmmədzadə - Laura Umuk 1:0
Ülviyyə Fətəliyeva - Zala Urx 0,5:0,5
Gövhər Beydullayeva - Lara Yanzel 1:0
Gülnar Məmmədova - Teya Vidiç 0,5:0,5
Qeyd edək ki, qadınlardan ibarət yığmamız buna qədər
Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Argentina ilə isə heç-heçə
edib. (2:2)
tag: Şahmat,Gülnar Məmmədova,Macarıstan, Sloveniya,todaypress.az,