Azərbaycanın qadınlardan ibarət millisi qalib gəldi, kişi yığması heç-heçə etdi
İdman
21.09.2024 02:56
Macarıstanın paytaxtı
Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu tur başa çatıb.
TodayPress xəbər verir ki,
kişilərdən ibarət Azərbaycan komandası bu tur Yunanıstanla bərabərə qalıb.
Aydın Süleymanlı məğlub olduğu halda Rauf Məmmədov rəqibi üzərində qələbə
qazanıb. Şəhriyar Məmmədyarovla Məhəmməd Muradlı partiyanı heç-heçə başa vurub.
Qadınlardan
ibarət milli isə İsveçrəni məğlub edib 4-0. Şahmatçılarımız bütün lövhələrdə
qələbə qazanıblar.
Qeyd edək ki, olimpiadanın 9-cu turunda ilk gedişi ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə edib.
tag: İsveçrə, Macarıstan, Azərbaycan, Şahmat,İdman, todaypress.az,