Azərbaycanın qadın həndbolçuları Avropa kubokunda III mərhələyə yüksəldi
Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda III mərhələyə yüksəlib.
TodayPress xəbər verir ki, II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.
İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.
tag: Hənbol,Qadın,Komanda,Qarabağ,Avropa kuboku,Differdanj,todaypress.az,