Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atdı
İdman
30.10.2024 22:56
Azərbaycanın qadın boksçusu Aynur
Mikayılova tarixi ilkə imza atıb.
TodayPress xəbər verir ki, 57 kq çəkidə mübarizə
aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən
dünya birinciliyində bunu reallaşdırıb.
Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk
raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı
bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində ilkdir. İndiyədək
ölkəmizin heç bir qız boksçusu dünya birinciliyində bu mərhələyədək
irəliləməyib. Onun qazanacağı istənilən əyarlı medal isə boks tariximizə
qızlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək.
Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil
olunacaq.
tag: İdman, Budva, Boksçu, Aynur Mikayılova, Macarıstan, todaypress.az,