Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları bəlli oldu

İdman

17.07.2024 19:58

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

TodayPress xəbər verir ki, iyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

tag: Paris-2024, Yay Olimpiya Oyunları, Cüdoçu, Boksçu, todaypress.az,