Azərbaycanın mövqeyi dəyişmədi
İdman
23.08.2024 10:22
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
TodayPress xəbər verir ki, bu, avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra baş verib.
26-cı sırada yer alan Azərbaycanın əmsalı 18,875-ə bərabərdir.
Bizi bir pillə üstələyən Kiprin aktivində 19,225 xalı var. 27-ci yerdə olan Bolqarıstan isə 18,625 xala malikdir.
Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına 89.303 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: Azərbaycan, UEFA,Reytinq, Klub, todaypress.az,