Azərbaycanın iki təmsilçisi WAKO Dünya Kubokunun qalibi oldu

İdman

28.09.2024 22:11

Azərbaycanın iki kikboksçusu Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan WAKO Dünya Kubokunun qalibi olub.

TodayPress-in məlumatına görə, K1 versiyasında Məhəmməd İmanov (60 kq) və Amin Quliyev (67 kq) mükafata sahib çıxıblar.

İmanov finalda Tailand idmançısı Panya Phongsakonu, Quliyev isə türkiyəli Ercan Tanrıverdini məğlub edib.

tag: Özbəkistan, Azərbaycan, İdman, WAKO, todaypress.az,