Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatında finala vəsiqə qazandı
İdman
06.07.2024 03:26
Azərbaycanın iki sərbəst güləşçisi
Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa
çempionatında finala yüksəlib.
Azərbaycan Güləş
Federasiyasından TodayPress-ə verilən məlumata görə,
Vasif Bağırov (57 kiloqram) fransalı Rasul Qalburayevə (11:0) və macarıstanlı
Karoli Barata (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Yeniyetmələr
arasında Avropa və dünya çempionumuz belaruslu Herbert Akapyana da heç bir şans
tanımayıb – 10:3. Vasif finalda rusiyalı Lev Pavlovla güləşəcək.
Musa Verdiyev (65 kiloqram)
polşalı Dominik Yaquşa 5:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda fransalı
Xızır Dasıyevə 3:7 hesabı ilə məğlub olub.
Ramik Heybətov (70 kiloqram)
polşalı Zəlimxan Mutsukayevlə (3:2) yunanıstanlı Georgios Yakemidisi (3:1)
mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Rostislav Lextə uduzub –
2:3.
Nurudin Maqomedqadjiyev (79
kiloqram) 1/8 finalda türkiyəli Cengizhan Doğana 1:4 hesabı ilə məğlub olub. Rəqib
finala yüksəldiyi üçün Nurudin sabah təsəlliverici görüşdə litvalı Paulius
Leskauskasla qarşılaşacaq.
Xetaq Karsanov (97 kiloqram) slovakiyalı Adam Jaksik (3:0) və moldovalı Konstantin Buzanı (10:0) yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. Xetaq yarımfinalda gürcüstanlı Ramini Qulitaşvilini də vaxtından əvvəl məyus edib – 11:0. Karsanov sabah finalda rusiyalı Şaxman Nuxayevlə güləşəcək.
tag: Azərbaycan, Avropa çempionatı, Novi Sad, Serbiya, todaypress.az,