Azərbaycanın iki cüdoçusu Avropa çempionu oldu
İdman
15.11.2024 22:15
Azərbaycanın iki cüdoçusu
Polşanın Pila şəhərində keçirilən 23 yaşadək gənclər arasında Avropa
çempionatında qızıl medal qazanıblar.
TodayPress xəbər verir ki, Hüseyn Allahyarov (60 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycanın digər təmsilçilərindən Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc mükafata layiq görülüb.
Bununla da
milli komanda turnirin ilk gününü 4 medalla başa vurub.
Qeyd edək ki,
noyabrın 17-dək davam edəcək Avropa çempionatında Azərbaycan 11 çəki
dərəcəsində 15 idmançı ilə təmsil olunur.
tag: Hüseyn Allahyarov, Cüdo, Polşa, Pila, Gümüş,todaypress.az,