Azərbaycanın Gimnaziadadan qazancı 80 medal oldu

İdman

30.10.2024 18:30

Azərbaycan Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarını 80 medalla başa vurub.

TodayPress xəbər verir ki, təmsilçilərimiz Manama mini-idman turnirində 26 qızıl, 25 gümüş və 29 bürünc medal qazanıblar. 

Yarışın son günündə millinin qazancı 2 qızıl, 7 gümüş və 4 bürünc medal olub. Bu mükafatlar idmanın bədii gimnastika və yunan-Roma güləşində əldə olunub.

Azərbaycan millisinin medal sıralamasındakı mövqeyi bütün yarışlar başa çatdıqdan sonra dəqiqləşəcək.

Namiq HUN

tag: Azərbaycan, Bəhreyn, Gimnazia, İdman, Manama, Medallar, todaypress.az,