Azərbaycanın futbol millilərində baş məşqçi təyinatları gerçəkləşdi
Aşağı yaş qruplarından ibarət Azərbaycan millilərinin baş məşçqiləri açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Bundan başqa daha 3 müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri də təyin olunublar:
Elxan Abdullayev - Azərbaycan U-19
İlham Yadullayev - Azərbaycan U-18 (2008-ci il təvəllüdlülər)
Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüdlülər)
Məşqçilərin hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.
Namiq HUN
tag: AFFA,Baş Məşqçi,Təyinat,Futbol,Todaypress.az,