Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazandı
İdman
29.10.2024 22:45
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz
Əzizli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal
qazanıb.
TodayPress xəbər verir ki, 55 kq
çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Poya Marz ilə üz-üzə
gəlib.
Görüş 1:1 hesabı ilə başa çatsa da,
xalların keyfiyyətinə görə E.Əzizli qalib gəlib. Bununla da o, karyerasında
4-cü dəfə dünya çempionatında qızıl medala yiyələnib.
tag: Azərbaycan, Roma, Yunan, Albaniya, todaypress.az,