Azərbaycanın daha 9 cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır

İdman

16.02.2025 10:30

2061

Bu gün Azərbaycanın daha doqquz cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.

TodayPress xəbər verir ki, yarışın sonuncu günündə kişilərdən 8, qadınlardan 1 idmançı tatamiyə çıxacaq.

Tuncay Şamil, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Əjdər Bağırov, Davud Namazlı (100 kq), Camal Feyziyev, Ramazan Əhmədov, Uşanqi Kokauri, Kənan Nəsibov (hamısı 100 kq) və Nigar Süleymanova (+78 kq) meda qazanmağa çalışacaqlar.

Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc mükafata sahib çıxıblar.

tag: İdman,Cüdo,Bakı,"Böyük Dəbilqə",todaypress.az,