Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adlayıb
Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.
TodayPress xəbər verir ki, növbəti yarış günü rinqə ilk olaraq milli üzvü Şamil Əsgərov çıxıb. 57 kq-da mübarizə aparan boksçu 1/8 finalda Kaleb Tiradona (Puerto-Riko) 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30) hesabı ilə qalib gəlib. Yarımfinala aparan yolda Əsgərov Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək.
Dünya çempionu Alfonso Dominqesdə Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb. 92 kq çəkidə döyüşən boksçumuz 1/16 finalda Marko Çaçiki (Xorvatiya) 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Dominqes1/8 finalda rinqdə Sanjit Sajitlə (Hindistan) qarşılaşacaq. Hər iki döyüş mayın 31-də olacaq.
tag: Boks, İdman,Olimpiya Təsnifat Turniri, todaypress.az,