Azərbaycanın cüdo ulduzları ili lider kimi başa vuracaqlar

İdman

11.12.2024 18:18

Paris Olimpiadasının çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinqində lider mövqelərini qorumağa yaxındırlar.

TodayPress xəbər verir ki, ənənəyə uyğun olaraq, mövsümün sonunda Beynəlxalq Cüdo Federasiyası cüdoçuların yekun reytinq cədvəlini dərc edərək ən yaxşıları müəyyən edir.

Reytinqlər Tokiodakı "Böyük Dəbilqə" yarışından sonra yenilənib, lakin yekun versiya ilin sonunda dərc olunacaq. Nəticədə Azərbaycan çempionları birinci yerdə qalacaqlar.

Qeyd edək ki, Hidayət Heydərovun 8004 xalı var və o, siyahlda ikinci olan Manuel Lombardonu (İtaliya, 4532) böyük fərqlə üstələyir.

Kotsoyevin xalı 7012-dir, növbəti pillədə qərarlaşan İliya Sulamanidzenin (Gürcüstan) isə 6090 xalı var.

Namiq HUN

tag: Paris Olimpiadası,Hidayət Heydərov,Zelim Kotsoyev,Cüdo ,Böyük Dəbilqə,todaypress.az,