Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci oldu
Xorvatiyanın Dubrovnik
şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kuboku yekunlaşıb.
Bu barədə TodayPress Azərbaycan Cüdo
Federasiyasından bildirilib.
İkinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu
alınıb. Cüdoçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər.
Kişilərin mübarizəsində -90 kq-da çıxış edən Murad
Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə
(Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc
medalı boynundan asıb. Daha bir kişi cüdoçumuz Kərim Allahverdiyev isə -81 kq
çəkidə gümüş medala sahibi olub.
Qadınlar arasında - 52 kq çəki dərəcəsində Azərbaycan
finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva
isə ikinci pilləsinə qalxıb. -57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün
hamısında rəqiblərindən üstün olaraq millimizin hesabına daha bir qızıl medal
əlavə edib.
İlk yarış günündə Kamran Süleymanov (-73 kq) və Nərmin
Əmirli (-78 kq) üçüncülüklə yadda qalmışdı.
Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3
bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.
tag: Xorvatiya,Cüdo, Medal,Federasiya, todaypress.az,