Azərbaycanın basketbol millisi səfərdə Polşa ilə üz-üzə gəldi
İdman
08.11.2024 07:36
Azərbaycanın qadın basketbolçulardan ibarət
yığması AVRO-2025-in qrup mərhələsində səfərdə Polşa yığması ilə üz-üzə gəlib.
TodayPress-in məlumatına görə, C qrupunda baş tutan
qarşılaşma rəqibin 105:51 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu
Azərbaycan millisi ilk oyunda Litvaya 63:99 hesabı ilə uduzub. Komanda ikinci
matçda Belçikaya da yenilib - 28:136.
tag: Basketboll, AVRO-2025-,Evren Alkaya, Azərbaycan, Litva, todaypress.az,