Azərbaycanın 9 boksçusu Gimnaziadada finala yüksəldi
İdman
28.10.2024 18:10
Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışları davam edir.
TodayPress xəbər verir ki, multi-idman yarışında Azərbaycan millisinin boksçuları artıq yarımfinal görüşlərini başa vurublar.
Manamada məktəblilər arasında təşkil olunan Gimnaziadada yığmamızın 9 üzvü finala vəsiqə qazanıb.
Komandamızın heyətində Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq) və Rza Rzayev (70 kq) həlledici görüşdə qızıl medal uğrunda döyüşəcək.
Digər boksçularımızdan Adil Zalovla (75 kq), Səfdər Məmmədzadə (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, Gimnaziadada oğlan boksçular arasında final döyüşləri oktyabrın 29-da keçiriləcək.
Namiq HUN
tag: Azərbaycan, Boks, Gimnazia, Əli Əliyev, Şahin Mustafayev, todaypress.az,