Azərbaycanın 7 şahmatçısı “Top-100”də yer aldı
FIDE şahmatçıların aprel ayı üçün dünya reytinqini açıqlayıb.
TodayPress xəbər verir ki, Azərbaycanın kişi şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
O, 2748 xalla 13-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov (2692) 39-cu sırada yer alıb.
Rauf Məmmədov (2657) isə 69-cudur.
Hər üç şahmatçımız dünya reytinqində geriləyib.
Şəhriyarla Rauf 2, Teymur isə 4 pillə itirib.
FIDE reytinqinə 2837 xalla norveçli qrossmeyster Maqnus Karlsen başçılıq edir.
Qadın şahmatçılar arasında ən yaxşı nəticə sıralamada 45-ci olan Gövhər Beydullayevaya (2400) məxsusdur.
Hesabında 2390 xalı olan Günay Məmmədzadə isə 53-cüdür. Hər iki şahmatçımız 2 pillə geriləyib.
Milli üzvlərindən Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) isə 85-ci pilləni qoruyub.
Qadınların reytinq cədvəlinə 2633 xalla çinli Yifan Hou başçılıq edir.
Namiq HUN
tag: Şahmat,Azərbaycan,Top 100,FİDE,Todaypress.az,