Azərbaycanın 5 hakimi beynəlxalq kateqoriya aldı

İdman

13.02.2025 18:30

962

Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən beynəlxalq hakimlik kursları keçirilib. 

TodayPress xəbər verir ki, Gürcüstanda təşkil olunan tədbirdə akrobatika gimnastikası üzrə Azərbaycan hakimləri də iştirak ediblər.   

Tbilisi kurslarında 5 hakimimiz müxtəlif kateqoriyalara yiyələnib. İradə Qurbanova, Abdulla Əl-Məşayxi və Leyla Əliyeva 3-cü kateqoriya dərəcəsini alıb. Lalə Abdullayeva və Aynur Yusufovaya isə 4-cü kateqoriya verilib.   

Qeyd edək ki, kurslar 2025-2028-ci illəri əhatə edən tsikl üçün nəzərdə tutulub. 

Namiq HUN

tag: Gimnastika,Gürcüstan,Lalə Abdullayeva ,Akrobatika ,Todaypress.az,