Azərbaycanın 4 boksçusu “Drakula Open”in finalında

İdman

22.02.2025 14:27

1477

Rumıniyada gənc boksçuların “Drakula Open” beynəlxalq turniri davam edir.   

TodayPress xəbər verir ki, Azərbaycan millisinin 4 idmançısı finala yüksəlib. 

Hikmət Məmmədov (48 kq) Sebestian Predaya (Rumıniya) ilk raundda tam üstünlüklə qalib gəlib. 

 Zidan Hümbətov (54 kq) Daniel Turcanı (Moldova) ikinci raundda məğlub edib.   Sübhan Babayev (57 kq) ukraynlı Maksim Çekindən üstün olub 5:0.   

Məhəmməd Cəfərov (+92 kq) isə ukraynalı Volodimir Derkaçı ilk raundda tam üstünlüklə məğlub edib. 

Digər boksçularımızdan Baqir Əmirxanlı (60 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüsenli (92 kq) finala yüksələ bilmədiklərindən bürünc medal qazanıblar. 

Qeyd edək ki, “Drakula Open” beynəlxalq turnirinin final döyüşləri  fevralın 23-də keçiriləcək.   

Namiq HUN

tag: Boks,Final,Çempion,Dünya,İdman,Todaypress.az,