Azərbaycanın 3 güləşçisi bürünc medal qazandı

İdman

24.08.2024 09:24

Azərbaycanın qızlardan ibarət güləş millisinin üzvləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında üç bürünc medal qazanıb.

TodayPress xəbər verir ki, Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qeyd edək ki, millimiz 3 bürünc medalla dünya çempionatını başa vurub. Bu isə medalların sayına görə son 9 ilin ən yaxşı nəticəsidir. Komanda hesabında 6-cı yeri tutan yığmamız 55 xal toplayıb ki, bu da U-17 dünya çempionatları tarixində komandamızın yığdığı ən yüksək xaldır.

 

Namiq HUN

tag: Güləş, Azərbaycan,Bürünc Medal,U-17,Nəzrin Əhmədli,Günay Qurbanova,Zəhra Kərimzadə, todaypress.az,