Azərbaycanın 3 atıcısı Sloveniyada keçirilən Qran-prinin finalına vəsiqə qazandı
İdman
11.01.2025 21:43
Azərbaycanın 3 atıcısı - Nigar Nəsirova,
Ruslan Lunyov və Vladislav Kalmıkov Sloveniyanın Ruş şəhərində keçirilən güllə
atıcılığı üzrə Qran-prinin finalına yüksəlib.
TodayPress Atıcılıq Federasiyasının mətbuat xidmətinə
istinadən xəbər verir ki, ilin ilk beynəlxalq turnirində N.Nəsirova qadınlar
arasında pnevmatik tapançadan 10 metr məsafəyə atışda 570 xal toplayıb.
Kişilər arasında keçirilən yarışda isə V.Kalmıkov 580,
R.Lunyov isə 576 xalla final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Qeyd edək ki, Qran-pri yanvarın 12-nə qədər davam edəcək.
tag: Azərbaycan, Atıcı, Nigar Nəsirova, Ruslan Lunyov, Vladislav, Ruş, Yarış, todaypress.az,