Azərbaycanın 11 boksçusu finala yüksəldi

İdman

15.04.2025 10:18

7

Boks üzrə ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

TodayPress xəbər verir ki, 9 ölkənin 200-dək idmançısının qatıldığı Bakı turnirində millimizin 11 boksçusu finala vəsiqə qazanıb.

Kişi boksçuların turnirində Sübhan Məmmədov, Nicat Hüseynov, Məhəmmədəli Qasımzadə, Nəbi İsgəndərov, Seidcəmşid Cəfərov, Murad Allahverdiyev, Alfonso Dominqes və Məhəmməd Abdullayev yarımfinal döyüşlərini qələbə ilə başa vurublar. 

Şamil Əsgərov, Tağı Nəsibov, Ruslan Rüstəmov və Məmməd Quliyev isə  finala yüksələ bilmədikləri üçün turnirin bürünc medalları ilə kifayətləniblər.

Qadın boksçuların yarışında Marjona Savriyeva, Zeynəb Rəhimova və Aynur Rzayeva həlledici görüşə vəsiqə qazanıblar. Onlardan fərqli, Anaxanım İsmayılova, Bəhriyyə İbrahimova və Aynur Mikayılova yarımfinal səddini keçə bilmədikləri üçün üçüncü yeri tutublar.

Namiq HUN

tag: Boks,Azərbaycan,Böyük İpək Yolu ,Final,todaypress.az,