Azərbaycanı Qətərdə 6 stolüstü tennisçi təmsil edəcək
Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Doha şəhərində keçiriləcək “WTT Youth Contender” turnirində iştirak edəcəklər.
TodayPress xəbər verir ki, Azərbaycanı yarışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər.
Qeyd edək ki, “WTT Youth Contender” turniri yanvarın 27-dən 30-dək keçiriləcək.
Namiq HUN
tag: Azərbaycan ,Turnir, Doha ,Yarış, todaypress.az,