Azərbaycanı Paralimpiadada 18 idmançı təmsil edəcək

İdman

28.08.2024 11:40

Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik olub.

TodayPress xəbər verir ki, parataekvondoçu Röyalə Fətəliyeva yarışa qatılmayacaq.

Buna səbəb idmançımızın zədələnməsidir. 

Röyalə Fətəliyeva milli heyətdən çıxarılıb. Millimiz Paralimpiadada 18 idmançı ilə çıxış edəcək.

Namiq HUN

tag: Paris-2024,Yay Paralimpiya Oyunları, Azərbaycan,Röyalə Fətəliyeva,Parataekvondoçu ,todaypress.az,