Azərbaycanı Olimpiadada təmsil edəcək şahmatçılar bəlli oldu
İdman
08.07.2024 10:32
Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandasının kapitanı bəlli olub.
TodayPress xəbər verir ki, sentyabrda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında yığmamızın kapitanı Teymur Rəcəbov olacaq.
Milli komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasovla yanaşı, gənc şahmatçılardan Məhəmməd Muradlı və Aydın Süleymanov da yer alacaq.
Qadınlardan ibarət komandanın heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə yer alacaqlar.
Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Namiq HUN
tag: Azərbaycan, Olimpiada, Şahmatçılar, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, todaypress.az,