Azərbaycanı Münhen turnirində 7 güllə atıcısı təmsil edir

İdman

21.01.2025 18:50

Azərbaycanı Almaniyada təşkil olunan ənənəvi “2025 H&N Kuboku”nda təmsil edəcək güllə atıcılarının adları açıqlanıb. 

TodayPress Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Münhen turnirində Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Leyli Əliyeva, Vladislav Kalmıkov, Jalə Bayramova və Hacı Musayev mükafatlar uğrunda mübarizə aparacaqlar.

Güllə atıcıları pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında bacarıqlarını göstərəcəklər. 

Namiq HUN

tag: Azərbaycan,Almaniya,2025 H&N Kuboku,Atıcılıq Federasiyası,todaypress.az,