Azərbaycanı mundialda 15 şahmatçı təmsil edəcək

İdman

18.12.2024 12:40

FIDE Nyu-Yorkda keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirak edəcək şahmatçıların tam siyahısını açıqlayıb.

TodayPress xəbər verir ki, dekabrın 26-31-dək keçiriləcək mundialda  kişilərin yarışında 180, qadınların mübarizəsində isə 109 şahmatçı çıxış edəcək.

Azərbaycan mundiala 15 zəka sahibi ilə qatılacaq. 

ABŞ-də Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb və Türkan Məmmədyarovalar çıxış edəcəklər.

Namiq HUN

tag: Azərbaycan, Şahmat, Təmsil, Mundial, todaypress.az,