Azərbaycanı Gimnaziadada təmsil edəcək karateçilər müəyyənləşdi
Azərbaycanı Serbiyanın Zlatibor şəhərində keçiriləcək
Gimnaziadada təmsil edəcək karateçilər bəlli olub.
TodayPress Karate
Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma bu gün
Serbiyaya yola düşüb.
Yarışda Qorxmaz Səfərli, İbiş Muradlı, Fidan Baxışlı,
Zəynəb Abbasova və Zəhra Feyziyeva bacarığını göstərəcək.
Qeyd edək ki, bu gün startı verilən Gimnaziadaya
aprelin 14-də yekun vurulacaq.
tag: Azərbaycan, Serbiya, Gimnaziya, Karateçi,Yığma, todaypress.az,