Azərbaycanı avrokuboklarda 8 klub təmsil edəcək
İdman
25.08.2024 11:38
Avropa Həndbol Federasiyası ölkələrin avrokuboklar üçün 2025/2026 mövsümündəki klub bölgüsünü açıqlayıb.
TodayPress xəbər verir ki, qadın həndbolunda Azərbaycana 4 yer verilib.
Klublarımızdan biri Avropa Liqası, digərləri isə Avropa kubokunda oynamaq imkanı qazanıb.
Çempionlar Liqasında təmsilçimiz olmayacaq. Kişilərdən ibarət komandalarımıza Çempionlar Liqası və Avropa Liqasında yer verilməyib. Avropa kubokunda isə Azərbaycanı 4 klub təmsil edəcək.
Qeyd edək ki, 2024/2025 mövsümündə 2 kişi və 3 qadın komandamız Avropa kuboku turnirinin mükafatları uğrunda mübarizə aparacaq.
Namiq HUN
tag: həndbol,todaypress.az,Azərbaycan,komanda,turnir,