Azərbaycanı Abi Dabidə 14 cüdoçu təmsil edəcək
İdman
08.10.2024 23:55
Səudiyyə Ərəbistanında oktyabrin 11-13-də cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
TodayPress xəbər verir ki, Abi Dabi turnirində idmançılar reytinq xalları qazanacaqlar.
Turnirin qalibi hesabını 1000 xal artıracaq.
Yarışın reqlamentinə əsasən “Böyük Dəbilqə” turnirinin finalçıları 700, bürünc medalçılar isə 500 reytinq xalı əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycan Abi Dabi turnirində 14 cüdoçu ilə təmsil olunacaq.
Namiq HUN
tag: Səudiyyə Ərəbistan ,Abi Dabi ,Reytinq ,Böyük Dəbilqə ,Cüdo ,Azərbaycan ,todaypress.az,